İran Rusiyaya ballistik raketlər göndərməyib.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Əraqçi Qərb ölkələrindən İranın Rusiya ilə hərbi əməkdaşlığı ilə bağlı səsləndirilən son iddialara cavab olaraq deyib: "Sanksiyalardan asılı olanlar özlərinə sual verməlidirlər: İran necə belə mükəmməl silahlar hazırlayıb sata bilər? Sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir. Rusiyaya İrandan heç bir raket göndərilməyib və bu cür iddialar psixoloji müharibənin bir növüdür".
Ağarza Elçinoğlu