Tacikistan Üləmalar Şurasının sədri Səidmukarram Abdulkodirzoda Düşənbənin mərkəzi məscidi yaxınlığında bıçaqlanıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.
"Bu gün saat 17:20-də Düşənbə şəhərinin mərkəzi məscidi yaxınlığında namazdan sonra hücum edən şəxs Tacikistan Üləmalar Şurasının sədri Səidmukarram Abdulkodirzodanı deşici alətlə yaralayıb. Hücum edən şəxs saxlanılıb", - deyə məlumatda qeyd edilir.