10 gün əvvəl içkili vəziyyətdə avtomobilin vurduğu piyadanın həyatını xilas etmək mümkün olmayıb.
"Unikal" xəbər verir ki, hadisə Samux küçəsində baş verib.
Belə ki, "Vaz" markalı maşın sərxoş vəziyyətdə olan 1972-ci il təvəllüdlü piyada Şahin Ağayevi vuraraq ağır xəsarət yetirib. Çoxsaylı ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Ehtiram Muradov