Oktyabrın 1-dək NATO-nun Baş katibi kimi işini başa vuracaq Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.

Unikal” xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Stoltenberq bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.

Qeyd edək ki, norveçli siyasətçi Yens Stoltenberq 1959-cu il martın 16-da Osloda anadan olub. O, 2000-2001 və 2005-2013-cü illərdə Norveçin Baş naziri olub. 2014-cü ildə isə Stoltenberq NATO-nun Baş katibi seçilib. Baş katib kimi o, alyansın müdafiə qabiliyyətinin gücləndirilməsində fəal iştirak edib. Bu proses çərçivəsində hərbi hazırlığın yüksəldilməsi, NATO-nun Avropa üzvləri tərəfindən müdafiə xərclərinin artırılması, eləcə də bölgəyə əlavə qüvvələrin yerləşdirilməsi üzrə tədbirlər həyata keçirilib. Stoltenberqin rəhbərliyi dövründə Monteneqro NATO-nun 29-cu üzvü olub, üstəlik, o, Gürcüstan və Ukraynanın alyansa qoşulmaq istəyini də dəstəkləyib.