Daşkəsəndə qəzada xəsarət alanların kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, onlar 1949-cu il təvəllüdlü Nizami Yusibov, 1979-cu il təvəllüdlü Nicat Yusibov və 1960-cı il təvəllüdlü Rəna Yusibovadır.

Qeyd edək ki qəzada xəsarət alanlar bir ailənin üzvidir.

*** 21:17

Daşkəsəndə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov