Alimlər geomaqnit aktivliyin proqnozlaşdırılan artımını qeydə alıblar.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onların məlumatına görə, Yerin maqnit sahəsində pozulma dərəcəsi G2 “orta” səviyyəsindədir. Monitorinq şkalası üzrə ən yüksək göstərici G5 “son dərəcə güclü”, ən aşağı göstərici isə G1 “zəif”dir.

Yerin geomaqnit vəziyyətində dəyişiklik zamanı günəş küləyinin sürəti 350-dən təxminən 450 km/s-ə yüksəldi. 530 km/s-ə ikinci sıçrayış baş verib.