Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Raqif Məmmədov, qardaşı Rövşən və tanışları Saleh Qəribov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, onlardan 436 qram heroin və 1 kiloqrama yaxın marixuana aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.