“Milan”ın yarımmüdafiəçi İsmael Bennaser ciddi zədə alıb.

"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Əlcəzair millisinin düşərgəsində olarkən zədələnib. O, ötən gün növbəti dəfə tibbi müayinədən keçib. Sağ ayağının baldır əzələsindən ciddi zədə alan futbolçunun ən tezi gələn ilin yanvar ayından sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, Bennaser bu mövsüm "Milan"da 1 rəsmi matçda meydana çıxıb.