Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimov vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, R.İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub. 1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb.
R.İbrahimov eyni zamanda kinoda da bir aktyor kimi müxtəlif səpgili obrazlar yaradıb.