ABŞ teleserial sənayesinin ən prestijli mükafatlarından biri olan "Emmy" ötən axşam təşkil edilən mərasimdə sahiblərini tapıb.
"Unikal" xəbər verir ki, tarixi yapon serialı "Şoqun" "Ən Yaxşı Dram Mükafatı"nı alıb. Beləliklə, mükafat ilk dəfə ingilis olmayan xarici ekran işinə verilib. "Şoqun" ən yaxşı aktyor və ən yaxşı aktrisa kimi dram kateqoriyasında cəmi 4 mükafat qazanıb.
Hiroyuki Sanada dram filmində "Ən Yaxşı Aktyor" nominasiyasında "Emmy" qazanan ilk yapon aktyor olub, Anna Savai isə "Ən Yaxşı Qadın Aktrisa" mükafatını alıb.
İlin ən məşhur seriallarından olan "Bala Şimal maralı" mini serial kateqoriyasında 4 mükafat alıb.
"Ən yaxşı komediya serialı" mükafatı "Hacks" filminə verilib.
Gülayə Mecid