"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo zədələnib.
"Unikal" xəbər verir ki, o, La Liqanın 5-ci turunda "Jirona" ilə matçda sıradan çıxıb. Olmo görüşün 61-ci dəqiqəsində əvəzlənib.
Onun dizindəki zədə səbəbindən 10 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Olmo komandanın 2 matçını buraxa bilər. Bunlar "Monako" ilə Çempionlar Liqası və "Vilyarreal" ilə İspaniya çempionatı oyunlarıdır.
Qeyd edək ki, Daniel ümumilikdə La Liqada "Barselona"nın heyətində keçirdiyi 3 oyunda 2 qol vurub.