Rusiya hərbi cəhətdən məğlubedilməzdir və Ukrayna münaqişəsinin daha da gərginləşməsi dəhşətli nəticələrə gətirib çıxaracaq.
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.
"Fakt budur ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət üçün düzəlməz nəticələrə gətirib çıxaracaq", - Tokayev bildirib.
Qeyd edək ki, Şolts Tokayevin dəvəti ilə Qazaxıstanda iki günlük səfərdədir. İkitərəfli danışıqlardan əlavə, “Mərkəzi Asiya+ Almaniya ” formatında ikinci görüş baş tutacaq.
Gülayə Mecid