Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Xətai rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsi elan edir.

"Unikal" xəbər verir ki, müsabiqənin məqsədi gələcəyimiz olan gənclərin hərtərəfli yetişməsində müəllim əməyinin rolunu, 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününün müəllim və məktəblilər arasında mənəvi bağlılığa xidmət etdiyini önə çəkmək, müəllim-şagird münasibətlərinin daha da möhkəmlənməsini  təbliğ etmək, məktəblilərin müəllimlərə istək və arzularını inşa yazı formasında çatdırmasını təmin etməkdir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər inşa yazılarını 2024-cü il sentyabr ayının 16-dan 30-dək YAP Xətai rayon təşkilatına təqdim edə bilərlər.

İnşa yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə  mükafatlandırılacaqlar.