Türkiyəli aktyor Çağatay Ulusoyun yeni serialı bəlli olub.
"Unikal" xəbər verir ki, aktyor "Eşref Rüya" serialında rol alacaq. O, layihənin hər bölümü üçün 3,5 milyon lirə (təxminən 175 min manat) qazanacaq.
Bu rəqəmin Türkiyədə bir aktyorun indiyə qədər aldığı ən çox qonorar olması da diqqət çəkir.
Ekran işinin "Kanal D"də yayımlanması nəzərdə tutulur.
Qeyd edək ki, Çağatay sonuncu dəfə rol aldığı "Gaddar" serialının hər bölümündən 2,5 milyon lirə qazanmışdı.