Bakıda marşrut avtobusu velosipedçini vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Marşrut xətti üzrə “İsuzu NP 37" markalı avtobus idarəetməni itirərək həmin yoldan velosipedlə keçmək istəyən, Qaradağ rayon sakini, 2016-cı il təvəllüdlü Quliyev Nicat Arif oğlunu vurub.

Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.