Moskvada cinayət işi üzrə saxlanılan azərbaycanlı vəkil Elman Paşayev 45 milyon rubldan çox ( 837 min azn) dələduzluqda şübhəli bilinir.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, vəkil bu pulu tanınmış rusiyalı blogger Yelena Blinovskayanın əri Alekseydən alıb. Və ona vəd edib ki, bu məbləğ müqabilində ona və həyat yoldaşına cəzadan qurtulmağa kömək edəcək.
Bundan əlavə, Rusiya Federal Vergi Xidmətinin məlumatına görə, dələduzluq işi üzrə saxlanılan vəkil Elman Paşayevin vergi orqanlarına 707 min rubldan (13 150 azn) çox borcu var.
Onun həyat yoldaşı Alena da vergi orqanlarına 923 min rubl (17 167 azn) borcludur.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsi Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açıb. Vəkil sentyabrın 17-də Moskvada şöbə əməkdaşları tərəfindən saxlanılıb.
Gülayə Mecid