Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə hərbi xidmətə çağırışın bərpa olunması haqqında fərman imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Ümid edirəm ki, güclü orduya nə qədər ehtiyacımız olduğunu başa düşürsünüz", - deyə Vuçiç qərarını şərh edib.
Xidmət müddəti 75 gündür və kişilər üçün məcburi olacaq, qadınlar könüllü olaraq xidmət edə biləcəklər.
Ağarza Elçinoğlu