Taylandın paytaxtında yerləşən “Capella Bangkok” hoteli bu il dünyanın ən yaxşı 50 hoteli siyahısına başçılıq edib, Komo gölünün sahilində yerləşən İtaliyanın “Pasalacqua” otelini ikinci yerə yüksəldib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Londondakı "Guildhall"da baş tutub. Böyük Britaniyanın Uilyam Rid nəşriyyatı hər il dünyanın 50 ən yaxşı hotelinin reytinqini dərc edir. Reytinq qlobal mehmanxana sənayesinin anonim səsvermədə iştirak edən və kimlikləri açıqlanmayan 600 nüfuzlu nümayəndəsinin rəyinə əsaslanır.

"Capella Bangkok", 2020-ci ildə Taylandın ən böyük çayı olan Chao Phraya sahilində COVID-19 pandemiyasının qızğın çağında açılıb və 2023-cü ildə dünyanın ən yaxşı 50 hoteli arasında 11-ci yeri tutub. Bu il o, nəinki ümumi reytinqi üstələyib, həm də Asiyanın ən yaxşı hoteli seçilib. Hoteldə 101 otaq və çay kənarında 7 özəl villa, "Michelin" ulduzlu restoran və nəhəng spa kompleksi var.

"Capella Bangkok" və "Passalacqua" ilə birlikdə dünyanın ən yaxşı 5 hotelinə həmçinin Honq-Konqdakı "Rosewood Hotel", Parisdəki "Cheval Blanc" və Honq-Konqdakı "The Upper House" daxildir. Reytinqə daxil edilmiş ən yaxşı hotellərin sayına görə, 19 müəssisənin yerləşdiyi Asiya liderlik edir. 

Gülayə Mecid