Meksika Sinaloa narkotik kartelinə bağlı iki qrup arasında sentyabrın 9-dan bəri davam edən toqquşmalar nəticəsində ölkənin şimalında ən azı 30 nəfərin ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın müdafiə naziri Luis Cresencio Sandoval verdiyi açıqlamada həyatını itirənlər arasında iki əsgərin olduğunu bildirib.
Sandoval bildirib ki, Sinaloa əyalətinə 2200 əsgər və milli qvardiya göndərilib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador da ordunun xalqı qoruduğunu və cinayətkar qruplar arasında qarşıdurmaların olmamasını təmin etdiyini müdafiə edib.
Qeyd edək ki, Sinaloa əyalətində “El Çapo” ləqəbli Xoakin Quzmanın oğulları ilə “El Mayo” ləqəbli İsmael Zambada Qarsiyanı dəstəkləyənlər arasında baş verən qarşıdurmaların regional üstünlük uğrunda mübarizə olduğu təxmin edilir.
ABŞ-nin baş prokuroru Merrik Qarland iyulun 25-də Quzmanın oğlu Xoakin Quzman Lopez və Qarsiyanın Texasda saxlanıldığını açıqlayıb.
Gülayə Mecid