Baş rollarını Aslıhan Güner, Feyyaz Dumanın canlandırdığı "Yalan" serialının yayım vaxtı dəyişdirilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl bazar ertəsi yayımlanan ekran işini bundan sonra hər həftənin şənbə günü tamaşaçıların görüşünə gələcək.

Serial sentyabrın 21-dən "Kanal D"də nümayiş olunacaq.