Şimali Koreya zibillə doldurulmuş 160-dan çox hava şarını yenidən Cənubi Koreyaya göndərib.
"Unikal" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi respublikanın Baş Qərargah Rəislərinin Birgə Komandanlığına (JCS) istinadən məlumat verib.
Seulu əhatə edən mərkəzi Gyeonggi əyalətinin şimal ərazilərində və paytaxt bölgəsində təxminən 30 torba zibil tapılıb.
Çantalarda məişət tullantıları olub: kağız, plastik butulkalar və digər plastik parçalar. Lakin heç bir təhlükəli maddə aşkar edilməyib.
Qeyd edək ki, mayın sonunda KXDR Cənubi Koreya ilə sərhəddən 150-dən çox şar buraxıb, onlara müxtəlif zibil və peyin olan torbalar əlavə edilib.
Gülayə Mecid