Məşhur ulduz Silvestr Stallone üç qızı üçün 24,95 milyon dollara Şərqi Hemptonda cazibədar malikanə alıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Rokki" təxminən 12,000 kvadrat fut yaşayış sahəsi olan və bir akrdan çox ərazidə yerləşən səkkiz otaqlı yaşayış yeri üçün milyonlarından keçməli olub. 

Doqquz vanna otağı olan ev üç mərtəbəlidir və çimərlikdən cəmi bir mil məsafədədir. Malikanənin dizaynı mükafatlı interyer dizayneri Ceyms Maykl Hovard tərəfindən hazırlanıb. Malikanənin geniş aşağı səviyyədə hovuz masası, ev kinoteatrı və qonaqlar üçün çoxlu yer olan oturma sahəsi var.

Digər diqqətəlayiq məqamlara çoxlu odun yanan kaminlər, ayrıca iki avtomobillik qaraj və 18-ci əsrə aid antikvarlar daxildir. Ev satılmazdan əvvəl yay mövsümündə 1,4 milyon dollara icarəyə verilib.

Gülayə Mecid