Kinodakı uğurları ilə yanaşı, Türkiyə televiziya tarixində də iz buraxan məşhur serialların prodüser və rejissoru olan Tomris Giritlioğlu dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, xərçənglə mübarizə aparan məşhur ssenarist və prodüser xəstəxanada 67 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tomris Giritlioğlu "Çemberimde Gül Oya", "Hatırla Sevgili", "İhlamurlar Altında", "Kurşun Yarası", "Karayılan", "Asi", "Gönülçelen", "Kasaba", "Bu Kalp Seni Unutur mu?"' və 'Her Şeye Rağmen' kimi seriallarınprodüseri və layihə rəhbəri olub.