Türkiyəli tiktoker Kübra Aykut intihar edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Sultanbeylidəki evinin 5-ci mərtəbəsindən özünü atıb. Onun ölümündən əvvəl məktub yazdığı bildirilib.
Hadisə yerinə hüquq-mühafizə əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Qeyd edək ki, Kübra Aykut bir müddət əvvəl "Özümə layiq ər tapa bilmirəm" deyərək özünə toy etmişdi.