Bir müddət əvvəl Romada Kaan Yıldırımla ailə quran Pınar Dəniz Parisdə keçirilən dəfilədə dünyaca məşhur modellərlə birlikdə iştirak edib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözəllik brendinin siması olan Dəniz atlaz ağ libası ilə podiuma çıxıb.

"Le Défilé L'Oréal Paris" adlı tədbirdə Kendall Jenner, Cara Delevingne, Andie MacDowell, Jane Fonda və Eva Longoria kimi məşhurlar da iştirak edib. Dəniz gecənin sonundan fotolar paylaşmağı da unutmayıb.