Əməkdar artist Elza Seyidcahan dələduzluq qurbanı olub.
"Unikal" xəbər verir ki, bu barədə o, canlı yayımda video-müraciətində deyib.
O bildirib ki, bir il əvvəl lombarddan 100 min manatlıq qızıl müqabilində pul götürüb. Daha sonra o, götürdüyü məbləği qaytarsa da, zinət əşyalarını geri ala bilməyib:
"İnanıram ki, Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmir bu işlə bağlı ədalətli qərar çıxaracaq. Səhnədə yıxılıb yaralandığım üçün məhkəməyə gələ bilmədim, amma prosesi izləyirəm, biganə deyiləm. Bir ildən çoxdur işimiz uzanır, qızılımı alanlar heç narahat olmadılar. Xəyal Abdullayev, rəşad və Fərid bizi aldadıb qızıllarımızı qaytarmırlar. Bu qızıllar mənim, qızımın, anamın, rəfiqələrimindir".