Müğənni Afət Fərmanqızı qalmaqal yaşadığı Xalq artisti Flora Kərimovanı oğlunun toyuna dəvət edib. 

"Unikal" xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, toy oktyabrın 7-də olacaq:

"Gəlin şənlənək. Şad olaram ki, Flora Kərimovanı oğlumun toyunda görüm, əllərindən öpüm. Hüquq müstəvisində hər şey öz həllini tapıb. Bunu başqa yerlərə yozmasınlar. İstəmərəm sənətkarla aramızda küsülülük qalsın. 5 il əvvəl başqa yaşda idim, indi başqa".

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.