P.Diddi kimi tanınan amerikalı reper və icraçı prodüser Şon Kombs zəhərlənəcəyindən qorxduğu üçün həbsxanada yeməkdən imtina edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi və keçmiş məhbus Larri Levin məlumat yayıb.
Onun sözlərinə görə, ittiham etdiyi cinayətlərdə əli olanlar musiqiçini aradan qaldırmağa cəhd edə bilərlər. Qeyd edək ki, P.Diddi öz musiqi imperiyasından insan alveri, eləcə də qadınlara qarşı sistemli zorakılıq üçün istifadə etməkdə ittiham olunur.