Argentina millisinin və İngiltərənin “Aston Villa” klubunun qapıçısı Emiliano Martinez iki oyunluq cəzalanıb.
"Unikal" xəbər verir ki, buna qolkiperin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çili üzərində qazanılan qələbədən sonra (3:0) etdiyi nalayiq jest səbəb olub.
Buna görə FIFA E. Martinezi iki oyunluq diskvalifikasiya edib. O, seçmə mərhələdə Venesuela və Boliviya ilə keçiriləcək oyunlarda forma geyinməyəcək.