"Real"ın baş məşqçisi Karlo Ançelotti 2024-cü ilin “Qızıl Top” mükafatına Vinisius Juniorun layiq olduğunu deyib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Düşünürəm ki, Vinisius ötən mövsüm, əsasən də Çempionlar Liqasında etdiklərinə görə, həqiqətən də, “Qızıl Top” mükafatına layiqdir. İnanıram ki, o, qazanacaq. Qazanmasa biz işlərimizə davam edəcəyik və mükafat ona daha sonra gələcək", - o deyib.
Qeyd edək ki, Vinisius Juniyor ötən mövsüm “Real”ın heyətində 39 matça çıxaraq 24 qol vurub və 11 qolun ötürməsini edib.