Amerikada yutub Avropa Musiqi Müəlliflərinin və Bəstəkarlarının Müəllif Hüquqlarını Müdafiə Cəmiyyəti (SESAC) ilə hüquqi mübahisəyə görə Adel, Bob Dilan, "Green Day", "REM", Burna Boy, Raş və digər sənətçilərin mahnılarını bloklayıb.
"Unikal" xəbər verir ki, barədə "Variety" məlumat yayıb.
Yutub nümayəndəsi bildirib ki, rəhbərliyin qurumla məhsuldar danışıqları var, lakin müqavilənin müddəti bitənə qədər ədalətli razılığa gəlmək mümkün olmayıb, buna görə də videolar bloklanıb.
Digər mənbələr isə videoların hələ müqavilə başa çatmamış yoxa çıxdığını bildirib və platformanın bunu məqsədli şəkildə edə biləcəyini irəli sürüb.