"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso Bundesliqanın son turunda "Bayern Münhen"lə heç-heçə (1:1) nəticələnən görüşü şərh edib.
"Unikal" xəbər verir ki, klubun mətbuat xidməti ispan mütəxəssisin dediklərini belə təqdim edib:
“Komandamdan daha çox enerji görmək istəyirdim və bu baxımdan məmnunam. Döyüşməyə hazır idik, bunu da etdik. Bizə futbolçularda intizam və ehtiras lazımdır.
Asan olmadı, topa nəzarət edə bilmədik. Müdafiə olunmaq əsl problem idi.
"Bayern"in enerjisi və özünə inamı ötən mövsümdən fərqlidir, rəqib başqa komanda olub. Onlar həm topla, həm də topsuz əllərindən gələn hər şeyi edirdilər. Bu məqamı nəzərə alsaq, nəticədən razı qala bilərik”.