İspaniyanın “Atletiko” komandasının futbolçusu Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurub.
"Unikal" xəbər verir ki, 33 yaşlı hücumçu qərarını sosial şəbəkə hesabında paylaşım edərək açıqlayıb.
“Həyatımın bu hissəsini xatirələrlə dolu bir ürəklə bağlayıram. Heyrətamiz macəra üçün təşəkkürlər. Tezliklə görüşərik”, - təcrübəli forvard yazıb.
Qeyd edək ki, yığmada 137 oyun keçirən Antuan Qrizmann 44 qola imza atıb. 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan futbolçu 3 il sonra UEFA Millətlər Liqasını qazanıb. 2016-cı ildə ölkəsində ilin futbolçusu seçilən hücumçu Fransa-nın U-19 yığması ilə Avropa çempionu olub.