Türkiyə millisinin və “Fənərbağça” klubunun sabiq futbolçusu Sərhat Akına silahlı hücum təşkil etməkdə şübhəli bilinən 6 nəfərdən 5-i həbs olunub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan digər şəxs isə şərti azadlığa buraxılıb.
Veteran hücumçu ekspert kimi çıxış etdiyi televiziya proqramından sonra yolda tanımadığı şəxslərin hücumuna məruz qalmışdı.
Qeyd edək ki, 2000-2005-ci illərdə “Fənərbağça”nın formasını geyinən Sərhat Akın 125 oyunda 41 qol vurub.