Reytinqlərdə ilk sırada yer alan "Yalı çapkını" serialı bu mövsüm final edəcək.

"Unikal" xəbər verir ki, bu barədə ekran işindən ayrılan Öznur Serçeler jurnalistlərə açıqlamasında bildirib.

O, layihənin 4-cü mövsümünün çəkilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır.