Krasnoyarsk diyarında 40 yaşlı yerli sakin dostunun adına gizli olaraq kredit götürüb və pulu öz istəyinə uyğun xərcləyib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, 52 yaşlı zərərçəkmiş adına kredit olduğunu bank işçilərindən öyrənib.
Onun sözlərinə görə, hadisə dostu ilə spirtli içki qəbul edərkən baş verib. Kişi bir gün bank kartını və telefon nömrəsini dostuna verib. Bu zaman dostunun arvadı vəziyyətdən istifadə edərək bankın mobil proqramına daxil olub, həmin şəxsin adına kredit götürüb və dərhal alınan məbləği bankomatdan çıxarıb.
Cütlük həmin pulla xarici avtomobil alıblar.
Şübhəli şəxslər barəsində “Dələduzluq” maddəsi ilə cinayət işi açılıb.
Gülayə Mecid