Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson öz xatirələrində Böyük Britaniya kraliçası II Yelizavetanın sümük xərçəngindən əziyyət çəkdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Poitico" nəşri məlumat yayıb.
Keçmiş baş nazir gələn ay nəşr olunacaq “Unleashed” kitabından bir parçada Britaniya monarxının 2022-ci ilin sentyabrında istefa verərkən “sümük xərçəngi olduğunu" söyləyib.
Qeyd olunur ki, Böyük Britaniyalı siyasətçi ilk dəfədir ki, monarxın ölümünün səbəbini açıqlayıb.
Nəşrin məlumatına görə, Conson kraliçanın xəstə və solğun göründüyünü, əllərində və biləklərində, ehtimal ki, iynələrdən dolayı tünd ləkələrin olduğunu aydınlaşdırıb.
Xatirələrində siyasətçi əlavə edib ki, "Kraliça onun diaqnozu haqqında 2022-ci ilin yayında bilsə də, üzərinə düşən vəzifəni sona qədər yerinə yetirməkdə qərarlıdır". Britaniya kraliçası II Yelizaveta sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat etmiş, bundan sonra cənazəsi Londona aparılmışdı.
Gülayə Mecid