Əfsanəvi beysbolçu Pit Rouz 84 yaşında həyatla vidalaşıb.

"Unikal" "ABC News"a istinadən xəbər verir ki, amerikalı idmançının nəşini ailə üzvlərindən biri aşkarlayıb.

Bu səbəbdən onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Rouz 1963-1986-cı illərdə "Major League Baseball"da çıxış edib. O, üç dəfə çempionluq sevinci yaşayıb, bu liqanın və dünya seriyasının ən dəyərli beysbolçusu seçilib. Pit oyun sayına (3562) görə də rekordçudur.