Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın təyyarəsi havaya qalxdıqdan saatlar sonra Mexikoda məcburi eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə Braziliya hökuməti məlumat yayıb.
Bildirilir ki, uçuş zamanı təyyarədə texniki problem müəyyən edilib.
"Prezident Luiz İnasio Lula da Silva və Braziliya nümayəndə heyətinin bir hissəsini daşıyan təyyarə texniki nasazlıq müəyyən edildikdən sonra Meksikaya təhlükəsiz eniş edib", - hökumətin İnstaqram səhifəsində bildirib.
Uçuş izləmə xidmətlərinin məlumatına görə, Braziliya prezidentini daşıyan təyyarə 4 saat 58 dəqiqə Mexiko ştatı üzərində səmada olub.
Gülayə Mecid