Rostov-na-Don limanından Türkiyənin Samsun limanına gedən gəmi Don çayında saya oturub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə. gəmidə Azərbaycandan olan 14 ekipaj üzvü var. Onlardan heç biri xəsarət almayıb.
Mətbuat xidməti gəminin polad daşıdığını bildirib.