Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlarda əməkdaşlığımız daha da genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

*** 11:05

Azərbaycan Prezidenti İlham Əliyev Koreyanın Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib.

"Unikal"ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan Koreya ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram".