Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamağa sadiqdir.
"Unikal" xəbər verir ki, bunu Yaponiyanın yeni baş naziri Şiqeru İşiba deyib.
"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi problemini həll etməyə və sülh müqaviləsi bağlamaqda davam edəcək", - o, parlamentdəki ilk əsas nitqini söyləyib.
Bununla yanaşı, İşiba Yaponiyanın Rusiya Federasiyasına sanksiya təzyiqini davam etdirəcəyini və Ukraynanı dəstəkləyəcəyini bildirib.
Xatırladaq ki, oktyabrın 1-də İşiba Yaponiyanın yeni baş naziri seçilib. Həmin gün ölkənin keçmiş baş naziri Fumio Kişidanın rəhbərlik etdiyi hökumət istefa verib.