UEFA Konfrans Liqasının əsas mərhələsində I tura yekun vurulub.
"Unikal" xəbər verir ki, ikinci oyun günündə 16 qarşılaşma keçirilib. İngiltərənin “Çelsi” komandası doğma meydanda Belçika “Genti”ni 4:2 hesabı ilə üstələyib. Belarusun “Dinamo” (Minsk) klubu isə Sumqayıtda Şotlandiya təmsilçisi “Harts”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Konfrans Liqası
Liqa mərhələsi, I tur
“Haydenhaym” (Almaniya) – “Olimpiya” (Sloveniya) - 2:1
“Serkl Brügge” (Belçika) – “Sent Qallen” (İsveçrə) - 6:2
“Astana” (Qazaxıstan) – “Baçka Topola” (Serbiya) - 1:0
“Dinamo” (Minsk, Belarus) – “Harts” (Şotlandiya) - 1:2
“Noa” (Ermənistan) – “Mlada Boleslav” (Çexiya) - 2:0
“Legiya” (Varşava, Polşa) – “Betis” (İspaniya) - 1:0
“Molde” (Norveç) – “Larne” (Şimali İrlandiya) - 3:0
“Omoniya” (Kipr) – “Víkinqur” (İslandiya) - 4:0
“Fiorentina” (İtaliya) – TNS (Uels) - 2:0
“Çelsi” (İngiltərə) – “Gent” (Belçika) - 4:2
“Kopenhagen” (Danimarka) – “Yagelloniya” (Polşa) - 1:2
“Luqano” (İsveçrə) – HİK (Finlandiya) - 3:0
“Petrokub” (Moldova) – “Pafos” (Kipr) - 1:4
“Borats” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) - 1:1
LASK (Avstriya) – “Yurqorden” (İsveç) - 2:2
“Şemrok Rovers” (Şimali İrlandiya) – APOEL (Kipr) - 1:1
Qeyd edək ki, Konfrans Liqasında daha əvvəl baş tutmuş iki oyunda Avstriya “Rapid”i Türkiyədə “Başakşəhər”ə 2:1, “Vitoriya Gimaraynş” isə Portuqaliyada Sloveniyanın “Tselye” kollektivinə 3:1 hesabı ilə qalib gəlib.