Fransa prezidenti Emmanuel Makron ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanı Yelisey sarayında qəbul edib.
"Unikal" xəbər verir ki, görüşdə o, Ermənistanla Azərbaycanın sülh razılaşmasının əldə olunmasının zəruriliyini vurğulayıb.
Həmçinin, Makron sülh müqaviləsinin mümkün qədər tez bağlanmasını bütün region xalqlarının maraqlarına uyğun olduğunu bildirib.
Zərifə Nağıyeva