Goranboyda fərdi təsərrüfatda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə Boluslu kəndindəki iki fərdi təsərrüfatda baş verib. Alov böyüyərək bir həyətdən digərinə keçib. Hadisə yerinə cəlb olunan iki yanğınsöndürmə briqadası alovun qarşısını alıb. Hadisə zamanı zərərçəkən olmasa da, yaşıllıqlar yanaraq məhv olub.

Ehtiram Muradov