Şəmkirdə balıq tutmaq istəyən şəxs Kürdə boğulub.

"Unikal"ın məlumatına görə, hadisə Kür çayının rayonun Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Kürdə batıb.

Hadisədən bir qədər sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov