Azad olunan ərazilərdə sentyabrın 30-dan oktyabrın 6-na qədər müddətdə 73 tank əleyhinə mina, 159 piyada əleyhinə mina, 415 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
“Unikal” xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata əsasən, 2945.1 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.