Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Əsgərə məktub” layihəsi çərçivəsində işğaldan azad olunan ərazilərdə Azərbaycan Ordusunun sıralarında xidmət edən əsgərlərə inam, etibar, qürur hissi dolu məktublar ünvanlanıb.
"Unikal" xəbər verir ki, Ağstafa şəhəri, Səməd Vurğun adına istirahət parkında təşkil olunan tədbirdə RİH başçısı Seymur Orucov, Mərkəzin bölmə rəisi Şəhla Abdullayeva, şəhid valideynləri, yeniyetmə və gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, bir neçə ildir uğurla davam edən və ölkənin hər yerini əhatə edən bu layihə ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Əsas məqsəd ordu ilə xalqın əlaqələrinin möhkəmləndirilməsinə, vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə xidmət edir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin müdrik siyasi xətti ilə xalqımızı böyük zəfərlərə, qələbələrə qovuşduran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi tarixi nəaliyyətlər, möhtəşəm uğrular haqqında məlumatlar verili