İtaliyanın "Milan" komandasının futbolçusu Teo Hernandes iki oyunluq diskvalifikasiya edilib.
"Unikal" A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 27 yaşlı fransalı müdafiəçinin İtaliya çempionatının VII turunda “Fiorentina”ya qarşı keçirilmiş matçda (1:2) baş hakimə qarşı kobud davranışı səbəb olub. Referinin qərarlarından narazı qalan futbolçu onu sərt şəkildə tənqid edib.
Fransa yığmasının üzvü A Seriyasında "Udineze" və "Bolonya" ilə qarşılaşmalarda “Milan”a kömək edə bilməyəcək.
Qeyd edək ki, Teo Hernandes 2019-cu ildən İtaliya klubunda çıxış edir.