2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaq - onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcək.
"Unikal" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, belə bir razılıq bu gün Moskvada Nikol Paşinyanla Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub.
Eyni zamanda tərəflər razılaşıblar ki, gələn il yanvarın 1-dən Ermənistan sərhədçiləri də Rusiya sərhədləri ilə yanaşı, Türkiyə, eləcə də İranla sərhədi qoruyacaqlar.
Bundan əvvəl, 2024-cü il avqustun 1-dən Rusiya sərhədçiləri İrəvan Zvartnots hava limanında sərhəd-keçid məntəqəsində xidmətini dayandırıblar.
Nuranə Abbasova